Sabah Cəlilabad şəhərinin 22 küçəsində qaz olmayacaq.
“İki sahil” xəbər verir ki, bu barədə "Report"un Muğan bürosuna rayon icra hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, 25 noyabr saat 14:00-dan etibarən görüləcək işlər başa çatanadək Cəlilabad şəhəri üzrə 1500 abonentin (H.Əliyev prospekti, Z.Əliyeva, A.Azərtürk, Cavadxan, Şəhriyar, N.Nərimanov, Q.İsmayılov, F.Əhmədov, M.F.Axundov, M.Ə.Sabir, Babək, Ş.Qurbanov, H.Məmmədov, Nizami, 28 May, Təbriz, Xətai, Ə.Abdullayev, V.Niftullayev, D.Qorqud, V.Mürsəlov və S.Vurğun küçələri) mavi yanacaqla təchizatında fasilə yaranacaq.
SOCAR-ın prezidenti “Wison Engineering Ltd” şirkətinin baş icraçı direktoru ilə görüşüb
Bakı Ali Neft Məktəbi vakant kafedra müdiri vəzifələrinin tutulması üçün müsabiqə elan edir
“Dayazsulu Günəşli” yatağı üçün Çin Xalq Respublikasından yeni qazma qurğuları alınıb