Genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin qiymətləndirilməsi üzrə qlobal şirkət olan “Ookla” oktyabr ayı üzrə “Speedtest Global Index” hesabatını təqdim edib.
Yeni hesabata görə, Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 93,51 Mb/s, mobil internetin median sürəti isə 96,17 Mb/s olub.
İllik müqayisədə sabit genişzolaqlı internetin sürəti 8,21 Mb/s (9,62 %), mobil internetin sürəti isə 16,47 Mb/s (20,66 %) artıb.
İnkişaf etmiş şəhərlərin müqayisəsinə gəlincə isə oktyabrda Bakı şəhərində sabit genişzolaqlı internetin median sürəti 92,78 Mb/s, mobil internetin median sürəti isə 115,12 Mb/s olub.
İllik müqayisədə sabit genişzolaqlı internetin sürəti 7,40 Mb/s (8,67 %), mobil internetin sürəti isə 14,75 Mb/s (14,70 %) artıb.
Bu artım ölkədə rəqəmsal transformasiyanın, elektron xidmətlərə tələbatın, distant iş və təhsil imkanlarının genişlənməsinin göstəricisidir və Azərbaycanın qlobal internet reytinqlərində mövqeyinin yüksəldiyini təsdiqləyir.