26 noyabr 2026 21:05
179

Azərbaycanda zəlzələ olub

Şamaxı-Ağsu sərhədində 4,3 maqnitudalı zəlzələ olub.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ yerli vaxtla 20:24-də qeydə alınıb, dərinliyi 18 km-dir.

Zəlzələ hiss olunub.