Misli Premyer Liqasının 13-cü turunda "Turan Tovuz" öz meydanında "Kəpəz" ilə qarşılaşıb.
“İki sahil”in məlumatına görə, oyunun 72-ci dəqiqəsində Hayderson Hurtado hesabı açıb. 84-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Şakir Seyidov "Kəpəz"in bərabərlik qolunu vurub. 90+1-xi dəqiqədə Joarlem Santos tovuzluların qələbə qolunu vurub – 2-1.
Misli Premyer Liqası
13-cü tur
28 noyabr
16:30. "Turan Tovuz" 2-1 "Kəpəz"
Qollar: Hayderson Hurtado, 72 (1:0), Şakir Seyidov, 84-pen. (1:1), Joarlem Santos, 90+1 (2:1)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Namiq Bəkirov, Rəvan Həmzəzadə (VAR), Teymur Teymurov (AVAR)
Tovuz şəhər stadionu