Misli Premyer Liqasının 13-cü turunda “Sabah” Araz-Naxçıvan”ı qəbul edib.
“İki sahil” yazır ki, yarışın 18-ci dəqiqəsində “Sabah”ın futbolçusu Coy Lens Mikels hesabı açıb. 68-ci dəqiqədə isə Ksander Severina “bəyquşlar”ın üstünlüyünü iki qola yüksəldim - 2-0.
Bununla da paytaxt təmsilçisi qələbəyə sevinən tərəf olub.
Misli Premyer Liqası
13-cü tur
28 noyabr
19:00. "Sabah" 2-0 "Araz-Naxçıvan"
Qollar: Coy Lens Mikels, 18, Ksander Severina, 68
Hakimlər: Vüqar Həsənli, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov, Əli Əliyev (VAR), Zeynal Zeynalov (AVAR)
"Sabah Arena"
Məhərrəm Ağalaroğlu, “İki sahil”