29 noyabr 2026 20:35
86

Qazaxıstanda səsvermə başa çatıb

Qazaxıstanın bütün səviyyələrində maslihatlara (yerli nümayəndəlik orqanları) deputatların növbədənkənar seçkilərində səsvermə başa çatıb.

“İki sahil” xəbər verir ki, yerli vaxtla saat 20:00-da ölkə üzrə bütün seçki məntəqələri bağlanıb və seçki komissiyaları səsləri saymağa başlayıb.

Seçkilərdə maslihatlara 3447 deputat seçiləcək.

Qazaxıstanda yerli nümayəndəlik orqanlarına sonuncu seçkilər 2023-cü ilin mart ayında keçirilib.