08 yanvar 2018 20:13
3803

Nigar Camal: "Heç nə vecimə deyil"

“Eurovision 2011” qalibi Nigar Camal ikinci dəfə ailə qurması ilə bağlı sualları cavablandırıb.

Axşam.az-ın məlumatına görə, müğənni 2018-ci ildə yenidən aşiq olmaq istədiyini etiraf edib.

Nigar “ATV maqazin onlarla”ya açıqlamasında deyib ki, yanında güclü kişi görmək istəyir:

“Bəlkə yeni məhəbbət olacaq? İnşallah, çox istəyirəm. Qadın kimi çox istəyirəm yanımda məni sevən, cəsarətli biri olsun. Güclü insanam, ona görə də istəyirəm yanımdakı daha cəsarətli olsun. 

Çətinlikdən qorxmuram. Əsas odur ki, sevdiklərim sağlam olsun və yaşasın. Başqa heç nə mənə problem deyil. Sevdiyim insanlarda problem olsa, məni sındıra bilər. Başqa şeylər mənim vecimə deyil, heç nə məni sındırmaz”.