08 yanvar 2018 23:09
2099

“Stalinin başı” filmindən görünməmiş rekord

Ötən ilin mart ayı kinoteatrlarda yayımlanmağa başlayan “Stalinin başı” filmi nəhayət, televiziyada və "Youtube" video hostinqində nümayişə çıxıb.

Publika.Az xəbər verir ki, baş rollarında İlkin Həsəni, Elşən Orucov, Ramil Babayev və başqalarının çəkildiyi film Azərbaycan rekordu qıraraq ilk üç gündə bir milyon baxış sayı yığıb.

Qeyd edək ki, bu, sayca “Bozbaş Pictures” komandasının üçüncü filmidir. Onların dördüncü filmi “Bir xalanın sirri” isə ənənəvi vaxtda – mart ayında izləyici qarşısına çıxacaq.

Məlumat üçün onu da bildirək ki, "Stalinin başı" filmi keçən il Azərbaycan kinoteatrlarında ən çox baxılan yerli film olub.