Prezident seçkilərindən sonra Ermənistanın hakim Respublikaçı partiyasının müdafiə nazirini dəyişdirəcəyi barədə fikirlər səsləndirilir.
Azadinform xəbər verir ki, bu barədə “Haykakan Jamanak” qəzeti məlumat yayıb.
Qeyd edilib ki, prezident Serj Sarkisyan müdafiə naziri Vigen Sarkisyanın işindən narazı olduğunu və gözləntilərinə cavab vermədiyini deyib.
Qəzetin mənbədən əldə etdiyi məlumata görə, V. Sarkisyanın aprelin 9-dan sonra xarici işlər naziri təyin edilməsi məsələsi müzakirə mövzusudur. Həmçinin, müdafiə nazirinin müavini Artak Zakaryanın müdafiə naziri təyin ediləcəyi barədə də məlumatlar var.
Yazda hazırkı XİN rəhbəri Edvard Nalbandyanın hakim partiyadan prezidentliyə namizədliyinin irəli sürülməsi mümkündür.
Qeyd edək ki, 2015-ci ildə Ermənistan Konstitusiyasına edilən dəyişikliyə görə, prezident Milli Assambleya tərəfindən seçiləcək və baş nazir ilə müqayisədə daha az səlahiyyət sahibi olacaq.