2018-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun hərbi birliklərindən birində “Ən yaxşı mühəndis-istehkam manqası” adı uğrunda yarış keçirilib.
"İki sahil"in məlumatına görə, Müdafiə Nazirliyi bildirir ki, mürəkkəb əməliyyat şəraitində hərbi əməliyyatın mühəndis təminatının yerinə yetirilməsi məqsədilə təşkil olunan yarış xüsusi təchiz edilmiş təlim poliqonunda keçirilib. Yarış zamanı şəxsi heyət mühəndis təminatı üzrə tapşırıqları icra edib.
Yekun nəticələrə görə qaliblər müəyyən edilib və mükafatlandırılıb.
Hərbi təhsil müəssisələrinin müəllimləri üçün NATO proqramı üzrə təlim başa çatıb
Gürcüstan Müdafiə Qüvvələri komandanının ölkəmizə səfəri davam edir - FOTO/VİDEO