16 yanvar 2020 17:05
638

ABŞ çalxalanır: 40 yaşlı müəllimə şagirdləri ilə...

ABŞ şagirdləri cinsi istismar edən müəllimələrin skandalı ilə çalxalanır.

Cənub Karolinada 16 yaşlı şagirdi ilə cinsi əlaqəyə girdiyi ortaya çıxdıqdan sonra həbs edilən müəllimə Anna Elizabet Potton şoku keçmədən Oklahoma ştatında yeni şok yaşanıb.

Berryhill Liseyində voleybol müəlliməsi işləyən 40 yaşlı Joyke Curcvell 18 yaşlı tələbəsi ilə ünsiyyət saxlamağa başlayıb. Şagirdinə foto göndərən müəlliməsi bir müddət sonra onu evinə dəvət etməyə başlayıb. Müəllimə iltseydə çalışan digər müəllimə rəfiqəsini də evinə dəvət edib. Beləcə üçlük cinsi əlaqəyə meyl edib. Baş verənlər bir müddət sonra məktəbdə danışılmağa başlanıb və partiyə qatılan müəlliməni buna görə işdən qovublar.

Polis hadisədən xəbər tutan kimi araşdırmaya başlayıb. Telefon danışıqlarını incələyən polis müəllimə Joyke Curcvelli dərhal həbs edib. Hazırda polis müəllimənin başqa qurbanlarının ola biləcəyini ehtimal edir.

Teleqraf.com