11 fevral 2020 21:42
573

ABŞ Çin və Avropada yeni LNG müqavilələri imzalayacaq

Birləşmiş Ştatlar Çin və Avropada yeni mayeləşdirilmiş təbii qaz (LNG) müqavilələri imzalayacaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə katibinin müavini Dan Brouillette deyib. O bildirib ki, ABŞ-ın yaxın bir neçə ay ərzində Çin və Avropada yeni LNG müqavilələri imzalayacağını gözləyirik.