15 fevral 2020 13:52
566

ABŞ-da koronavirusa qarşı 150 milyon peyvənd hazırlanacaq

ABŞ-ın beş böyük əczaçılıq şirkəti noyabr ayına qədər yeni növ koronavirusa qarşı 150 milyon peyvənd hazırlamağı planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin ticarət müşaviri Piter Navarro bildirib.

“ABŞ-dakı beş böyük şirkət, Manhettenlə (nüvə silahının yaradılması – red.) eyni miqyaslı layihə ilə məşğuldur. Ümid edək ki, bu ilin noyabr ayına qədər 150 milyon peyvənd dozamız hazır olacaq. Planın icrası çox səy və tədqiqat tələb edir”, - P.Navarro deyib.

P.Navarro peyvəndlərin sertifikatlaşdırılması üçün ABŞ-ın Qida və Dərmanların keyfiyyətinə nəzarət İdarəsinin icazəsinin tələb ediləcəyini xatırladıb.