14 yanvar 2020 16:42
185

ABŞ klubunun baş məşqçisi Rüfəti təriflədi

ABŞ-ın ikinci liqa təmsilçisi "Feniks Risinq”in baş məşçqisi Rik Şants yeni transfer Rüfət Dadaşov haqda danışıb.

Klubun rəsmi saytına danışan amerikalı mütəxəssis millimizin üzvü haqda müsbət fikirlər səsləndirib:

"Rüfətin sürəti, boyu və fiziki gücü komandanın yüksəlişinə faydalı olacaq xüsusiyyətlərdir . “Rüfət irəlidə top saxlamağı bacarır. Bu isə cinah oyunçularına və hücum etmək istəyən yarımmüdafiəçilərimizə kömək olacaq. O, Almaniyada çox yaxşı bir liqadan gəlir. Ümid edirəm ki, tez bir zamanda bizim liqaya da uyğunlaşacaq”.

Qeyd edək ki, Rüfət Dadaşov Almaniya üçüncü liqa təmsilçisi "Proyssen"dən ayrılaraq "Feniks Risinq"ə keçib.

Qol.az