Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Məzun-karyera mərkəzi tərəfindən “Nitq və özünüifadə bacarıqları” mövzusunda seminar keçirilib.
ADNSU-dan bildiriblər ki, seminarda təlimçi Lamiyə Miryaqubova tələbələrə nitq və özünüifadə bacarıqları, şəxsi brend və digər mövzularla bağlı ətraflı məlumat verib və öz təcrübəsini bölüşüb.
Tələbələrin gələcək həyat və fəaliyyətlərində uğurlu ola bilmələri üçün nitqin, vizuallığın və səs tonunun önəmindən danışan L.Miryaqubova gənclərə ədəbi dil normalarından düzgün istifadə etməyi tövsiyə edib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.