Akademik Məmmədağa Şirəliyev-110

13 sentyabr 2019 20:20
997

Ölkə Prezidenti 19 iyul 2019-cu il tarixdə  ilk dilçi akademik, Dövlət Mükafatı laureatı, professor Məmmədağa Şirəliyevin anadan olmasınının 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır. Tədbirlər planında həmin tədbirin hazırlanıb həyata keçirilməsi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və AMEA-ya tapşırılmışdır. Bu kontekstdə AMEA Naxçıvan Bölməsinin incəsənət, Dil və Ədəbiyyat İnstitutunda akademik Məmmədağa Şirəliyevin anadan olmasının 110 illiyi münasibətilə elmi konfrans keçirilmişdir.

Konfransı giriş sözü ilə AMEA Naxçıvan Blməsinin sədri akademik İsmayıl Hacıyev açmış, müstəqillik dövründə ölkəmizdə elm və mədəniyyətin inkişafına geniş şərait yaradılmasından, o cümlədən akademik Məmmədağa Şirəliyevin elmi irsinin öyrənilməsinə göstərilən qayğıdan bəhs etmişdir. Sonra Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru müxbir üzv Əbülfəz Quliyev “Akademik Məmmədağa Şirəliyevin həyatı və elmi fəaliyyəti”, Dilçilik şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Nuray Əliyeva “M.Şirəliyev və Azərbaycan dialekt və şivələrinin təsnifi məsələləri”, həmin şöbənin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru,dosent  Zülfiyyə İsmayıl “Akademik M.Şirəliyev və dialektologiya məsələləri” və Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayev “Akad. M.Şirəliyev və türk dünyası” mövzusunda məruzə etmişlər. Məruzəçilər konfrans iştirakçılarının mövzu ilə bağlı suallarını da cavablandırmışlar.