Almaniyanın Dortmund şəhərində 14 min adam, 2 Dünya Döyüşü bombası zərərsizləşdirmək üçün evlərindən təxliyə edildi.
“İki sahil” xəbər verir ki, İkinci Dünya Müharibəsindən qalan 2 bombanın zərərsizləşdirilməsi üçün Dortmund şəhərində yaşayan 14 min adam təxliyə edilib. Səlahiyyətlilər Amerika və İngiltərəyə məxsus bombalarının 250 kiloqram ağırlığında olduğunu söyləyiblər. İki xəstəxanada olan insanlar məktəblərə yerləşdirilib. Şəhərin dəmir yolu stansiyası müvəqqəti bağlanıb. Saatlarla davam edən əməliyyatdan sonra hər iki bomba zərərsizləşdirilib.
Mütəxəssislər İkinci Dünya Müharibəsi illərində müttəfiqlər tərəfindən atılan minlərlə bombanın hələ də Alman torpağına basdırıldığını düşünürlər.