23 yanvar 2021 06:11
597

Almaniyada koronavirusun Braziliya ştammı aşkarlanıb?

Almaniyada koronavirusun Braziliyada yayılan ştamına ilk yoluxma halı aşakrlanıb.

“İki sahil” DPA-ya istinadən xəbər verir ki, Hessen əyalətinin sosial işləri naziri Kay Klose ötən gün Braziliyadan Frankfurt-Mayna gəlmiş həmin şəxsin xəstəliyi hazırda əlamətsiz keçirdiyini bildirib. Xatırladaq ki, Braziliyada koronavirusun yeni mutasiyası ötən ilin dekabr ayında aşkarlanmışdı. Böyük Britanina ekspertlərinə görə Braziliya ştamının iki növü var.