13 avqust 2020 17:11
1047

AQTA Samux rayonunda fitosanitar monitorinqlər keçirib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fitosanitar müfəttişləri Samux rayonu, Sarıqamış kənd ərazisində yerləşən bostan sahəsində monitorinq keçiriblər.

“İki sahil” AQTA-ya istinadən xəbər verir ki, monitorinq zamanı təsərrüfat sahiblərinə aqrokimyəvi maddələrdən istifadə qaydaları ilə bağlı maarifləndirici məlumatlar verilib. Torpağın aqrokimyəvi analizi aparılmadan ammonium nitrat gübrəsinin normadan artıq verilməsinin bitkilərdə, xüsusilə qarpız və yemişdə nitrat və nitritin qalıq miqdarının yığılmasına səbəb olduğu diqqətə çatdırılıb. Bunun da insan orqanizmində bəzi fəsadlara gətirib çıxara biləcəyi vurğulanıb.

Təsərrüfat sahiblərinə aqrokimyəvi maddələrdən istifadə qaydaları ilə bağlı bir sıra tövsiyələr verilib. Məhsullardan götürülmüş nümunələr analiz üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib.