Mayın 18-də “Atashgah Art Centre”nin təşkilatçılığı ilə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda “Art festival” keçiriləcək.
Dövlət Turizm Agentliyindən bildirilib ki, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun dəstəyi ilə keçirilən festivalda qədim xalq-sənət növləri - xalçaçılıq, dulusçuluq, armudu stəkanların üzərində milli ornamentlərin çəkilişi nümayiş olunacaq.
Həmçinin festivalın stendlərində gənc rəssamların yağlı boya ilə çəkilmiş rəsm əsərləri sərgilənəcək. Tədbirin məqsədi xalq sənətini turistlərə tanıtmaq və sənətkarlığın inkişafına dəstək göstərməkdir.
Festivalda yerli sənətkarların əl işlərindən ibarət xalq sənət yarmarkası da təşkil olunacaq.
Bu ilin 8 ayında Azərbaycanın magistral qaz kəmərləri ilə 26 milyard 788 milyon kubmetr qaz nəql edilib
Yanvar-avqust aylarında Azərbaycan Hindistana 524 min 338 ton xam neft ixrac edib
2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama