07 iyul 2020 15:14
733

Avrokubokdakı komandalarımıza xoş xəbər

Azərbaycanın dörd klubuna məşqlərə başlamağa icazə verilib.

“İki sahil” xəbər verir ki, Avropada ölkəmizi təmsil edən "Qarabağ”, "Neftçi”, "Keşlə” və Sumqayıtın məşqlərinə rəsmi icazə verilib.

Gənclər və İdman Nazirliyi bütün Olimpiya İdman Komplekslərində bu dörd komandanın məşq etməsi üçün şərait yaradılmasını təmin edəcək.  Sözügedən komandalar sərt karantin rejimi tətbiq edilməyən hər hansı bölgədə toplanış keçə biləcək. Həmin klubların haranı seçməsi isə artıq öz ixtiyarındadır.

Qeyd edək ki, "Qarabağ” Çempionlar Liqasında ilk oyununu avqustun 18 və ya 19-da, Avropa Liqasında mübarizə aparacaq "Neftçi”, "Keşlə” və "Sumqayıt” isə 27 avqustda keçirəcək.