05 mart 2020 15:01
2229

Avtomobil hissələrindən heykəl - “Murobot” - FOTO

Türkiyənin Düzce bölgəsində mühərrik ustası Murat Çetin təmir etdiyi avtomobil parçalarından oyuncaqlar və zinət əşyaları hazırlayıb. Son olaraq “Murobot” adlandırdığı insan böyüklüyündə heykəl isə xüsusi diqqət çəkdi.

“İki sahil” xəbər verir ki, Düzcedə təmirxanada çalışan Murat Çetin uşaqlıq vaxtlarında oyuncaq tapa bilmədiyi üçün öz oyuncaqlarını düzəldirdi. Yaşlandıqca bu bacarığını itirməyən Murat Çetin motor ustası olaraq tullantı olan nəqliyyat vasitələrinin hissələri ilə oyuncaqlar və zinət əşyaları düzəltməyə başlayıb. Ötürücülər, şamlar, vintlər, avtomobillərdən çıxan zəncirlər kimi hissələri qiymətləndirən Murat Çetin, zərb alətləri, əqrəb, saat, quş, tank kimi bir çox zinət əşyaları və oyuncaqlar hazırlayıb.

Murat Çetin 3 ay ərzində nəqliyyat vasitəsi hissələri ilə insan ölçülü heykəllər hazırlayıb. Heykəlin ayaqları və bel hissəsi nəqliyyat vasitələrinin amartizatorlardan istifadə edərək Murat Çetin “Murobot”un gözlərini vintlərdən və saçlarını metal zəncirlərdən düzəltdi. Murat Çetinin “Murobot” adlı heykəli avtomobilini təmir etdirməyə gələnlərin diqqətini çəkib.

Layihələrinin kiçik əsərlərlə başladığını və böyüməyə davam etdiyini bildirən Murat Çetin “Bu cür iş görmək həmişə ağlımda idi. Uşaq ikən qardaşımla öz oyuncaqlarımızı düzəldirdik. Ətrafımızdakı insanların diqqətini çəkməyə başladıq. Çox xoşuma gəldi. Kiçikdən başladıq. Hazırda məqsəd layihələri böyütməkdir” deyib.