 
                    Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Vaz 21013" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
Komitədən "İki sahil"ə verilən məlumata görə, baxışdan öncə vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.
Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin salonunun alətlər paneli yerləşən hissəsində və qoltuqaltı hissədən ümumilikdə 3600 ədəd "King" markalı siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
 Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri  Göygöl rayonunda vətəndaşlarla görüşüb
                                
                                    
                                    
                                
                                
                                
                                    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri  Göygöl rayonunda vətəndaşlarla görüşüb 
                                 Aqrar sığorta Qarabağda: Xocalı rayonunda fermerlərə aqrar sığorta təlimi keçirilib
                                
                                    
                                    
                                
                                
                                
                                    Aqrar sığorta Qarabağda: Xocalı rayonunda fermerlərə aqrar sığorta təlimi keçirilib