09 iyun 2022 17:11
699

“Azad qadın heykəli” abidəsinin ətrafında təmir-bərpa işlərinə başlanılıb - FOTO

Yasamal rayonu ərazisində yerləşən “Azad qadın heykəli” abidəsinin ətrafında təmir-bərpa işlərinə başlanılıb.

“İki sahil” xəbər verir ki, abidənin ətrafındakı mərmər daşlar bərpa edilərək pandus düzəldilməsi planlaşdırılır.

Həmçinin abidənin ətrafındakı sınmış və zədə görmüş qranit plitələrin də yenilənməsi və ümumi ərazidə abadlıq işlərinin görülməsi nəzərdə tutulub.