19 avqust 2019 18:04
165

Azərbaycan Gürcüstana təbii qaz ixracını 8,3 faiz artırıb

Cari ilin yanvar-iyul aylarında Azərbaycan Gürcüstana təbii qaz ixracını 8 faizdən çox artırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında məlumat verilir.

Məlumatda deyilir ki, cari ilin ilk yeddi ayında Gürcüstan Azərbaycandan 1 milyon 47 min 703,2 kubmetr təbii qaz idxal edib. Bu da 2018-ci ilə nisbətən 80 min 363,3 kubmetr və 8,3 faiz çoxdur.