21 oktyabr 2020 12:18
796

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin işçiləri Silahlı Qüvvələrə ianə ediblər

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin işçiləri əlavə olaraq Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyindəki “Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti”nin işçiləri bir aylıq əmək haqlarının 50 faizini işğal altındakı torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər.

Bu barədə "İki sahil"ə ASC-dən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin kollektivi şanlı Azərbaycan Ordusunun Qarabağ Vətən müharibəsində qələbəsinə əmindir.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!