19 sentyabr 2019 17:06
654

Azərbaycan-Tacikistan əməkdaşlığının inkişafı məsələləri müzakirə edilib

Tacikistan Xarici İşlər nazirinin birinci müavini Xosrav Noziri Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Tacikistan arasında ikitərəfli münasibətlərin inkişafı, müxtəlif sahələrdə əlaqələrin dərinləşdirilməsi məsələləri müzakirə olunub.

Görüşdə, həmçinin bu ilin oktyabr ayında Düşənbədə keçiriləcək Tacikistan-Azərbaycan iqtisadi-ticarət əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyasının növbəti iclasına hazırlıq və digər məsələlər diqqət mərkəzində olub.