21 fevral 2020 21:10
1788

Azərbaycan Universiteti təhsil sərgisində iştirak edəcək

Azərbaycan Universiteti fevralın 23-də Sabunçu Gənclər Evində keçiriləcək “Azərbaycan Universitetləri Sərgisi - 2020”də iştirak edəcək.

Universitetdən bildirilib ki, sərgidə iştirakçılar bu ali məktəbdə tədris olunan ixtisaslar, universitetin beynəlxalq əlaqələri və qoşulduğu tələbə mübadilə proqramları, tələbələr üçün yaradılan xaricdə təhsil imkanları, təqaüd proqramları haqqında məlumat ala biləcəklər.

Sərginin təhsil müəssisələri üçün ayrılmış görüş otaqlarında abituriyent, valideyn və müəllimlər üçün Azərbaycan Universitetinin təqdimatı da təşkil olunacaq.