21 may 2020 12:28
360

Azərbaycanda bir aylıq uşaq koronavirusa yoluxdu

Azərbaycanda bir aylıq körpədə koronavirusa yoluxma aşkar edilib.

Azvision.az -ın məlumatına görə, üç gün öncə yüksək temperatur şikayəti ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına gətirilən İbrahimov Ömər Xalid oğlu koronavirus testindən keçirilib.

Onun analiz nəticələri pozitiv çıxıb. Bir aylıq uşaq müalicə üçün Bakıya göndərilib.