09 fevral 2020 12:56
1225

Azərbaycanda divara çırpılan maşın piyadanın üstünə aşdı

Ağcəbədi rayonu, "Yahya petrol"un yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

Sürücü idarəetməni itirib və yüksək sürətlə hərəkət edən avtomobil yol kənarındakı maneəyə çırpılaraq piyadanın üstünə aşıb.

Hadisə zamanı xəsarət alan olmasa da, maşına maddi zərər dəyib.

"Qafqazinfo"