Prezident İlham Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi islahatlar iqtisadiyyatın şaxələndirilməsinə, iqtisadi dayanıqlığının təmin olunmasına, regionların tarazlı inkişafına və ölkənin strateji inkişaf hədəflərinə nail olunmasına əhəmiyyətli töhfəsini verir. Milli neft strategiyasının uğurla reallaşması digər sahələrin inkişafına güclü təkan verib. Son illər ölkə başçısının rəhbərliyi ilə respublikamızın iqtisadiyyatının bütün sahələrində dayanıqlı inkişaf təmin edilib. Məhz bu inkişaf istehsalın və investisiyaların həcminin artmasına, büdcə imkanlarının genişlənməsinə, əhalinin maddi rifah halının yaxşılaşmasına əhəmiyyətli təsir göstərib.
Regionların sosial-iqtisadi inkişafı üzrə qəbul edilən Dövlət proqramlarının uğurla reallaşdırılması bölgələrin inkişafına, o cümlədən infrastruktur layihələrinin genişlənməsinə, sosial obyektlərin və yeni iş yerlərinin yaradılmasına, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına təkan verib. Son illər ölkə başçısının rəhbərliyi ilə respublikamızın iqtisadiyyatının bütün sahələrində dayanıqlı inkişaf təmin edilib. Məhz bu inkişaf istehsalın və investisiyaların həcminin artmasına, büdcə imkanlarının genişlənməsinə, əhalinin maddi rifah halının yaxşılaşmasına əhəmiyyətli təsir göstərib.
Azərbaycanın iqtisadi potensialının artması nəticəsində ölkəmizin dünya birliyində mövqeləri güclənib, beynəlxalq siyasi-iqtisadi əlaqələri genişlənib. Ötən dövrdə biznesə başlama, işəgötürmə, əmlakın qeydiyyatdan keçirilməsi, bütün sahələrdə şəffaflığın təmin edilməsi, kredit əldə edilməsi, investorların maraqlarının qorunması, vergi ödəmələri və müqavilələrin bağlanması sahəsində aparılan islahatlar Azərbaycanda biznes fəaliyyəti üçün əlverişli imkan yaradıb. Ölkəmizin dünya təsərrüfat sisteminə inteqrasiyası milli istehsal sahələrinin rəqabət qabiliyyətinin artırılmasını tələb edir. Neft sektorunda olduğu kimi, qeyri-neft bölməsinə də xarici investisiyaların cəlb edilməsi, bu məqsədlə ölkədə əlverişli və dinamik tənzimlənən biznes mühitinin formalaşdırılması bu sektorda sıçrayışlı inkişafa təkan verib.
Azərbaycanın inkişaf edən, şaxələnən iqtisadiyyatı artıq beynəlxalq maliyyə təşkilatlarının və reytinq agentliklərinin də diqqətini cəlb edir. Ölkəmiz ildən-ilə dünyanın aparıcı beynəlxalq təşkilatlarının hazırladıqları hesabatlarda öz mövqeyini xeyli yaxşılaşdırır.
Bü gün beynəlxalq aləmdə böyük nüfuz sahibi olan bir sıra təşkilatların reytinq cədvəllərində Azərbaycanın adı birincilər sırasında çəkilir. Ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən qeyri-neft sənayesinin davamlı inkişaf meyilləri beynəlxalq reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafına yönəldilən strategiyanın nəticələri olaraq Davos İqtisadi Forumunun reytinqində Azərbaycan iqtisadiyyatı rəqabət davamlılığına görə 37-ci, MDB-də isə 1-ci yerdədir.
Ümumdünya İqtisadi Forumunun 2019-cu il üzrə qlobal rəqabətə davamlılıq reytinqində Azərbaycan 11 pillə irəliləyərək, 141 ölkə arasında 58-ci yerdə qərarlaşıb. Ümumilikdə reytinqdə 12 mövqe əks olunub. “İnstitutlar” mövqeyində Azərbaycan 49, “İnfrastruktur” mövqeyində 38, “Məhsul bazarı”nda 23, “Əmək bazarı”nda 21, “Biznesin dinamikliyi” mövqeyində isə 23-cü yeri tutub. Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiyada iqtisadi vəziyyətlə bağlı şərhində isə qeyd olunub ki, Azərbaycanda ÜDM-in illik artımı 2019-2021-ci illərdə orta hesabla 2,4 faiz təşkil edəcək.
Təbii ki, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana verilən yüksək qiymət xarici sərmayələrin ölkə iqtisadiyyatına cəlb edilməsinə, onun iqtisadi potensialının tanıdılmasına ciddi təkan verir. Dərc edilən reytinqlər ümumilikdə ölkəmizin iqtisadi cəlbediciliyini artırır. İqtisadi cəlbediciliyin artırılması ölkəyə investisiya texnologiyalarının gəlməsi, son nəticədə iqtisadi inkişaf və bunun sayəsində əhalinin həyat səviyyəsinin daha da yüksəlməsinə imkan verir.
Bütün bunlar bir daha sübut edir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi Azərbaycanın tərəqqisinə, işıqlı gələcəyinə hesablanmış sosial-iqtsadi siyasətin alternativi yoxdur. Ölkə başçısının dediyi kimi, “biz düz yoldayıq, ölkəmizi düzgün istiqamətdə inkişaf etdiririk”.
Zahid Rza, “İki sahil”