23 noyabr 2026 14:47
323

Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsində müsbət dinamika var

2025-ci ildə Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi müsbət dinamika nümayiş etdirib.

“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov italiyalı həmkarı Antonio Tayani ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“2026-cı ilin ilk doqquz ayı ərzində isə bu göstərici artıq 9 milyard dollara yaxınlaşıb”, - deyə nazir bildirib.