30 iyul 2020 13:21
264

Azərbaycanın strateji valyuta ehtiyatları 51,7 milyard dollardır

Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 51,7 milyard ABŞ dolları təşkil edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov iyulun 30-da keçirdiyi mətbuat konfransında deyib.

E.Rüstəmov qeyd edib ki, strateji valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 1,2 faiz artıb.