05 avqust 2020 12:11
825

Bağdadda terror aktı törədilib

İraqın paytaxtı Bağdadda daha bir terror aktı törədilib.

Hökumət binalarının və diplomatik nümayəndəliklərin yerləşdiyi “Yaşıl vadi” adlanan əraziyə iki raket zərbəsi endirilib. Buradakı ABŞ səfirliyinin binası da dəfələrlə terror hücumlarına məruz qalıb.

İraqın “Əl-Sumeriyyə” televiziya kanalının xəbərinə görə, raket zərbələri nəticəsində bəzi binalara yüngül zərər dəyib. Terror aktına görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

Xüsusi xidmət orqanları hadisə yerində təhqiqat aparırlar. //AZƏRTAC