25 mart 2020 11:15
1551

Bakı Nəqliyyat Agentliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat ianə edib

Bakı Nəqliyyat Agentliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat məbləğində ianə edib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, həmçinin xüsusi rejimli xəstəxanalarda xidmət edən 120 nəfər tibb işçisinin ailələrinə 200 manat dəyərində hədiyyə kartı verilib. Bu kart vasitəsi ilə onlar “Bravo” supermarketlər şəbəkəsindən ərzaq və gündəlik tələbat mallarını ala bilərlər. Məqsəd, sağlamlıqlarını risk altına ataraq koronavirusun yayılmasına qarşı fədakarcasına mübarizə aparan, iş fəaliyyəti ilə əlaqədar ailələrindən kənarda qalan tibb işçilərinə dəstək olmaqdır.