12 fevral 2020 13:27
615

Bakıda  9-11 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "İki sahil"ə verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında fevralın 13-də havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz  7-11, Bakıda  gecə 0-2,  gündüz  9-11 dərəcə isti olacaq. Atmosfer  təzyiqi  761 mm civə sütunundan 764 mm civə sütünuna yüksələcək, nisbi rütubət  gecə 65-75, gündüz 50-60 faiz olacaq.  

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə  3 dərəcə şaxtadan 2 dərəcəyədək, gündüz  9-14 dərəcə isti,  dağlarda gecə 7-12, gündüz  0-5 dərəcə şaxta  olacaq. 

Fevralın 13-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.