09 oktyabr 2019 15:39
757

Bakıda kişidən qonşuluqda yaşayan qadına qarşı İYRƏNC HƏRƏKƏT

Bakıda soyğunçuluq etmiş şəxs tutulub.

Publika.az xəbər verir ki, Suraxanı RPİ 31-ci Polis Bölməsinə müraciət edən Suraxanı qəsəbəsində yaşayan bir qadın oktyabrın 2-də həyətində qonşusunun onun boynundakı 1200 manat dəyərində qızıl boyunbağını qıraraq aparmasını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq, soyğunçuluq, narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş qəsəbə sakini E.Səfərov saxlanılıb.

Araşdırma aparılır.