22 yanvar 2021 13:38
919

Balidə məşhur çimərliklər zibilliyə çevrilib - FOTO

Balidə “zibil mövsümü” başlayıb, okeanın çirklənməsi nəticəsində az qala, hər il təkrarlanan plastik tullantılarının “hücumu” baş verib. “İki sahil” xarici mətbuata əsasən xəbər verir ki, Kuti, Legiana və Seminiyaka çimərliklərində bir gündə 60 tona yaxın plastik tullantısı toplanır.

2020-ci ildən İndoneziya hökuməti plastik zibillərin azaldılması məqsədilə ekoloji plan həyata keçirir. 2025-ci ildən tullantıların 70 %-dək azaldılması nəzərdə tutulub.

Tədqiqatların “Nature Communications” jurnalında yayımlanan nəticələrinə görə, artıq İndoneziya plastik materiallarla ən çox çirklənən məkanlardan birinə çevrilib. Orada 200 min tondan artıq tullantı okeana axıdılır.