25 yanvar 2020 13:29
918

"Barselona" 17 yaşlı futbolçu ilə müqavilə imzalayacaq

İspaniyanın "Barselona" klubu Braziliya "Koritiba"sında çıxış edən Yan Koutonun transferini yekunlaşdırmaq üzrədir.

Kataloniya təmsilçisi 17 yaşlı braziliyalı cinah müdafiəçisi üçün 5 milyon avro ödəyəcək. Bildirilib ki, oyunçu 18 yaşına çatana kimi "Koritiba"da qalacaq. Onunla tezliklə müqavilə imzalanacaq.

Qeyd edək ki, Yan Kouto Braziliya yığması ilə 17 yaşadək futbolçular arasında dünya çempionatının qalibi olub. 

"Report"