İspaniya La Liqasının 33-cü turunda “Atletiko Madrid”lə 2-2 bərabərə qalan “Barselona” çempionluq yarışında vacib xal itirdi.
“İki sahil” xəbər verir ki, “Nou Camp” stadionundakı oyunda vurulan 4 qoldan 3-ü penaltidən olub.
Matçın 12-ci dəqiqəsində Dieqo Kosta öz qapısına vurduğu qolla “Barselona”nı önə keçirdi. 19-cu dəqiqədə “Atletiko Madrid” Niqesin penaltidən vurduğu qolla hesabı bərabərləşdirdi - 1-1.
“Barselona” 2-ci hissədə Messinin vurduğu penalti ilə hesabda 2-1 önə keçdi. “Atletiko Madrid” Niqesin penaltidən vurduğu qolla yenidən hesabda bərabərliyi təmin etdi.
Oyun bu hesabla başa catdı.
Xalını 70-ə çatdıran “Barselona” lider “Real Madrid”in ardından 2-ci sıradakı yerini qorudu. "Atletiko" 59 xalla 3-cüdür.
“İki sahil”