İspaniyanın “Barselona” futbol klubunun müdafiəçisi Jordi Alba zədələnib.
AZƏRTAC İspaniya mətbuatına istinadla xəbər verir ki, 30 yaşlı müdafiəçi UEFA Çempionlar Liqasının 4-cü turunda “Slaviya Praqa” ilə oyunda (0:0) zədələnərək 46-cı dəqiqədə əvəzlənib. Alba bir aya yaxın meydandan uzaq qalacaq. Tibbi müayinədən keçən ispaniyalı müdafiəçinin topuğunda problem aşkarlanıb.
Qeyd edək ki, müdafiəçi cari mövsümdə Kataloniya təmsilçisinin heyətində keçirdiyi 6 oyuna 1 qol vurub.