12 fevral 2020 20:57
1256

“Bavariya” yayda onu göndərəcək

Almaniyanın "Bavariya" klubu yayda futbolçusu Korentin Tolissonu satacaq.

Bu barədə "Bild" nəşri məlumat yayıb. Xəbərdə, baş məşqçi Hansi Flikin "gözünə girə bilməyən" 25 yaşlı yarımmüdafiəçinin satılacaq oyunçular siyahısında birinci olduğu bildirilir.

"Bavariya" Tolissonu 2017-ci ilin yayında "Lion"dan transfer edib. Fransa milli komandasının da üzvü olan yarımmüdafiəçi, bu mövsüm Bundesliqada 10 oyunda iştirak edib. //Komanda.az