17 mart 2020 11:27
1479

Boks üzrə Avropa çempionatı təxirə salındı

Boks üzrə gənclər arasında Avropa çempionatı koronavirus pandemiyası səbəbindən təxirə salınıb. 

"Report"un məlumatına görə, Avropa Boks İttifaqı aprelin 22-dən mayın 3-dək keçirilməli olan yarışın vaxtını dəyişib.

Yerli Təşkilat Komitəsi və digər müvafiq orqanların hesabatlarını nəzərə alan qurum çempionatın 15 - 27 mayda təşkil olunmasına qərar verib. Lakin koronavirusla bağlı durumu daim nəzarətdə saxlayan təşkilat turnirin vaxtını yenidən dəyişə biləcəyini də istisna etmir.

Qeyd edək ki, Avropa çempionatı Monteneqronun Budva şəhərində keçirilməlidir.