13 iyun 2019 10:11
834

Böyük Britaniyada 3 gündür aramsız yağışlar davam edir

Yağışlardan əvvəl Şotlandiyada həyati təhlükə xəbərdarlığı verilib. İngiltərənin bir çox bölgələrinə kəskin hava şəraiti ilə əlaqədar xəbərdarlıqlar olunub. Ölkənin Ətraf Mühit Agentliyi 49 daşqın xəbərdarlığı verərək dərhal hərəkətə keçib.

Şiddətli yağış və sel daşqınları səbəbindən Uelsdə dəmiryol xidmətləri işini dayandırıb. Şənbə gününə qədər kəskin hava şəraiti ilə əlaqədar xəbərdarlıq olunub.