26 sentyabr 2020 12:21
694

Bu gün Premyer Liqada iki oyun keçiriləcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü turun oyunları keçirilir.

"İki sahil" xəbər verir ki, dünən keçirilən ilk oyunda "Qarabağ"  səfərdə "Sumqayıt"la qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb. Bu gün və sabah keçiriləcək oyunları təqdim edirik:

26 sentyabr (şənbə)

18:00. “Səbail” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Tural Qurbanov
“ASCO Arena”

20:15. “Keşlə” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Rahil Ramazanov, Cavanşir Yusifov, Namiq Bəkirov
“ASK Arena”

27 sentyabr (bazar)

19:00. “Neftçi” – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Fərid Hacıyev
“Dalğa Arena”