Azərbaycanın Polşadakı Ticarət nümayəndəsinin aparatı tərəfindən aparılan bazar araşdırmaları dünyada məşhur olan Fransanın “Carrefour S.A.” şirkəti ilə uğurlu əməkdaşlıqla nəticələnib.
Azərbaycanın Polşadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, “Carrefour” şirkətinin Varşavada və Kielçe şəhərində yerləşən supermarketlərində “Made in Azerbaijan” stendləri yerləşdirilib.
“Made in Azerbaijan” stendlərində “Azersun Holding”, “Azgranata”, “Astaraçay”, “Aspi Agro”, “Marandi”, “Şərq ulduzu” MMC-lərin, “Abşeron Şərab” və “Göygöl Şərab Zavodu” ASC-lərin istehsalı olan müxtəlif növ məhsullar təqdim olunur. Stendlər sözügedən supermarketlərdə daha sonra müddətin artırılması imkanı ilə ilkin olaraq 2 ay müddətinə yerləşdiriləcək.
Azərbaycanın Polşadakı Ticarət Nümayəndəsi aparatının bu təşəbbüsü ölkəmizin qeyri-neft məhsullarının Polşa bazarına ixracını təşviq etmək məqsədi daşıyır.
Qeyd edək ki, Azərbaycanın Polşa Respublikasındakı Ticarət nümayəndəsi aparatı 2017-ci ilin oktyabr ayında təsis edilib.
Sənayedə istehsal olunan malların və göstərilən xidmətlərin həcmi nə qədər olub?
Enerji Dialoqu Platforması çərçivəsində Etilen-Polietilen Zavoduna MEDİA-TUR TƏŞKİL OLUNUB
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Astarada kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində görülmüş işlər və hədəflər müzakirə olunub - FOTO
Energetika naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə müzakirələr aparıb