Cənubi Koreyada ötən sutka ərzində koronavirusa yoluxanların sayı 13 nəfər artaraq 11 078-ə çatıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Mərkəzi bildirib.
Qeyd olunub ki, 9 938 xəstə müalicə alaraq sağalıb, 263 pasiyent dünyasını dəyişib.
Son bir gün ərzində xəstəxanadan 34 nəfər evə buraxılıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Vens: Ukrayna münaqişəsi hazırda nizamlanması ən çətin olan beynəlxalq münaqişədir
Ərdoğan: Ankara Liviyanın maraqlarına uyğun olmayan heç bir formula razı olmayacaq
Amerikanın ən böyük beş telekanalı Donald Trampın tədbirlərini işıqlandırmağı dayandırıb