21 oktyabr 2020 23:48
728

Cənubi Qafqaza sülh Qarabağın işğaldan azad olunması ilə gələcək

“Paşinyanın “Qarabağ məsələsinin diplomatik həlli yoxdur” açıqlaması Ermənistanın əsl niyyətini ortaya qoymaqdadır”.

"İki sahil"-in məlumatına görə, bu sözləri Türkiyə Prezidentinin sözcüsü İbrahim Kalın “Twitter” hesabında yazıb.

İbrahim Kalın bildirib: “Kimin müharibə istədiyi bəllidir. Bu hal Türkiyənin və Azərbaycanın haqlı olduğunu təsdiq edir. Cənubi Qafqaza sülh və sabitlik ancaq Qarabağın işğaldan azad olunması ilə gələcək”.