Çexiyada çıxan "Здраводайстви" nəşrində AZƏRTAC-ın xüsusi müxbirinin yazısı dərc olunub. Yazıda Azərbaycan xalqının ən məşhur kulinariya şedevrlərindən biri – dolma təqdim olunub.
AZƏRTAC xəbər verir ki, qısa məlumatda dolmanın hazırlanması qaydası verilib. Fotolar Çexiya oxucusunda Azərbaycan mətbəxinin bu möcüzəsi barədə əyani təəssürat yaradır.
Yazıda xatırlanır ki, dolma UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Bildirilir ki, “dolma” sözü Azərbaycan dilində “doldurma”, “iç doldurma” deməkdir.
“Azərxalça” ASC Şuşa məscidi üçün dünya xalçaçılıq tarixinin ən böyük dairəvi xalçasını hazırlayır
Qarabağda “Mədəniyyət rüzgarı”: Xalq artisti Zəhra Quliyeva Bərdədə ustad dərsi keçib