06 sentyabr 2019 13:29
821

Cozef Danford: Kosmosda rəqabət ABŞ-ın maraqları üçün real təhlükədir

Rusiya, Çin, Şimali Koreya və İran kosmosda ABŞ-ın rəqibləridir və bu da rəsmi Vaşinqtonun ticari və hərbi maraqları üçün real təhlükədir.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəislərinin Birləşmiş Komitəsinin sədri Cozef Danford bildirib.

O deyib ki, 1990-cı illərdə kosmosda iş görməyə başlayanda rəqiblərimiz haqqında düşünməmişdik. Hazırda kosmos rəqabət zonasıdır. Rəqiblərimiz arasında Şimali Koreya, Rusiya, Çin və İran var. Bu ölkələrin hamısı kosmosda bizim üçün real təhlükə yaradır və eyni zamanda, hərbi və kommersiya maraqlarımıza ciddi ziyan vurur.